İcarəyə verilir 5 otaqlı həyət evi/bağ evi 400 m², Gənclik m.
Atatürk prospektində – Bakının ən nüfuzlu “milyonerlər məhəlləsi”ndə klassik üslubda təmirli villa icarəyə verilir!
10 sot torpaq üzərində inşa edilmiş, 2 mərtəbə + mansard və yarı zirzəmidən ibarət bu dəbdəbəli villa həm statusu, həm də rahatlığı ilə seçilir.
🏛️ Planlaşdırma:
Yarı zirzəmi – sauna, duş, balaca jacuzzi və istirahət zonası
1-ci mərtəbə – geniş dəhliz, böyük qonaq otağı, geniş mətbəx, əlavə sanitar qovşağı
2-ci mərtəbə – 3 yataq otağı (birinin şəxsi sanitar qovşağı), iş otağı, ümumi sanitar qovşağı
Mansard – bahalı bilyard masası, mini-bar və sanitar qovşağı
🌿 Həyət və əlavə tikili:
Geniş həyət, manqal yeri və balaca söhbətgah
Ayrı tikili: 1 otaq, mətbəx və sanitar qovşağı – mühafizə, sürücü və ya xidmət personalı üçün ideal
✨ Üstünlüklər:
Parket döşəmə və klassik interyer
Qonaq otağından başqa bütün otaqlar keyfiyyətli mebellərlə təmin olunub
Uzunmüddətli icarəyə götürənlər üçün çatışmayan əşyalar təmin ediləcək
Ərazidə sakitlik, elit qonşuluq və yüksək təhlükəsizlik
📍 Yerləşmə:
Villa Atatürk prospektində – Bakının ən mərkəzi və nüfuzlu məhəlləsində, tarixən “milyonerlər məhəlləsi” kimi tanınan elit zonada yerləşir.
🔑 Bu villa – həm komfort, həm də yüksək imic axtaran seçilmiş şəxslər üçün unikal fürsətdir.
Ofis xidmət haqqı 30%!