PRESTİJLİ ƏRAZİDƏ PREMIUM 3 OTAQLI MƏNZİL SATILIR
Nərimanov rayonunun ən prestijli və əlverişli ərazilərindən birində, Olimpik Star, Niaqara restoranı, Neftçi Baza, ASAN Xidmət və Ege Hospitalın yaxınlığında yerləşən yeni tikili binada qanuni 3 otaqlı, tam təmirli mənzil satışa çıxarılıb.
Mənzil geniş və funksional planlaşdırmaya malikdir. Giriş hissəsində geniş holl, işıqlı və geniş qonaq otağı, 2 yataq otağı, ayrıca mətbəx, 2 sanitar qovşaq və eyvan mövcuddur. Təmir zamanı yaşayış rahatlığı və uzunmüddətli istifadə nəzərə alınaraq keyfiyyətli və seçilmiş materiallardan istifadə olunub.
Mənzildə qaz, su və elektrik daimidir. Sənədləri tam qaydasındadır, çıxarışı (kupçası) mövcuddur.
Premium lokasiya, rahat planlaşdırma və keyfiyyətli təmir axtaranlar üçün ideal seçimdir.
Ofis haqqı 1% təşkil edir.