TƏCİLİ SATILIR! YOL KƏNARINDA 340 M² PREMİUM OBYEKT!
Mətbuat prospektində, Yasamal İcra Hakimiyyətinin yaxınlığında, şəhərin ən prestijli və gediş-gəlişli ərazilərindən birində yerləşən mükəmməl kommersiya obyekti satışa çıxdı!
Obyekt yeni tikili binanın altında, düz yol kənarında yerləşir. Ümumi sahəsi 340 m², tavanın hündürlüyü isən 7.2 metrdir (hündür tavanlıdır). Qarşısında müştərilər üçün geniş və rahat parkinq yeri mövcuddur. İntensiv piyada və avtomobil axını olan bu işlək ərazi hər növ biznes fəaliyyəti və ya yüksək gəlirli investisiya üçün ideal seçimdir. Sənədləri tam qaydasındadır.